Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyevdə artıq 36 ölkənin diplomatik nümayəndəliyi fəaliyyətini bərpa edib.
Trend xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
"Paytaxtımızdakı səfirliklərin fəaliyyətini bərpa etdiyinə görə təşəkkür edirəm. Bu, Avropanın Ukraynanın gələcəyinə inamını təsdiqləyən mühüm jestdir. Ümumilikdə, artıq paytaxtda 36 xarici nümayəndəlik fəaliyyət göstərir", - deyə V.Zelenski bildirib.