...

Rusiyada inflyasiyanın artımı zəifləyib

Dünya xəbərləri Materials 14 May 2022 05:56 (UTC +04:00)
Rusiyada inflyasiyanın artımı zəifləyib

Bakı. Trend:

Rusiyada 2022-ci ilin aprelində inflyasiyanın artımı 1,56 faizə qədər azalıb.

Trend xəbər verir ki, bu barədə хдлэтшт Dövlət Statistika Federal Xidmətindən bildirilib.

Məlumata əsasən, 2022-ci ilin aprel ayında 2022-ci ilin mart ayı ilə müqayisədə istehlak qiymətləri indeksi 101,56 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 111,67 faiz təşkil edib.

Qeyd olunur ki, ötən ay ölkədə illik inflyasiya martdakı 16,69 faizə qarşı 17,83 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti