...

İraqda qum qasırğasına görə üç hava limanı bağlanıb

Dünya xəbərləri Materials 16 May 2022 13:10 (UTC +04:00)
İraqda qum qasırğasına görə üç hava limanı bağlanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İraqda davam edən şiddətli qum qasırğası ilə əlaqədar üç beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, paytaxt Bağdadla yanaşı Nəcəf və Süleymaniyyə şəhərlərində aeroportlar bağlanıb.

Qeyd olunur ki, ölkə ərazisində indiyədək 2 min nəfər qasırğadan zərər çəkib. Bazar ertəsi İraqın yeddi əyalətində qeyri-iş günü elan edilib. Tədris müəssisələri bağlanıb.

İraq hökuməti qasırğa bölgəsində əhalini zərurət olmadan evi tərk etməməyə, açıq havada olarkən maska və respiratorlardan istifadə etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti