...

İsveçin xarici işlər naziri NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb

Dünya xəbərləri Materials 17 May 2022 12:09 (UTC +04:00)
İsveçin xarici işlər naziri NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin xarici işlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüklə bağlı müraciətini imzalayıb.

Trend-in məlumatına görə, bunu nazir öz açıqlamasında deyib.

O bildirib ki, İsveçin üzvlük müraciəti Finlandiyanın analoji müraciəti ilə eyni zamanda təqdim olunacaq.

A.Linde sənədin baxılmasının və ratifikasiyasının bir ilədək davam edə biləcəyini deyib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti ötən gün hökumət tərəfindən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti