...

Əfqanıstanda 200 nəfər naməlum infeksion xəstəliyə yoluxub

Dünya xəbərləri Materials 18 May 2022 17:43 (UTC +04:00)
Əfqanıstanda 200 nəfər naməlum infeksion xəstəliyə yoluxub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Zabul əyalətində azı 200 nəfər naməlum infeksion xəstəliyə yoluxub.

Trend-in məlumatına görə, bunu əyalətin səhiyyə şöbəsinin rəhbəri bildirib.

Qeyd olunur ki, onlarla şəxs xəstəxanalara yerləşdirilib. Onlardan bir hissəsinin vəziyyəti ağır qiymətləndirilir.

Səhiyyə şöbəsinin rəhbərinin sözlərinə görə, xəstələrin dəqiq diaqnozu müəyyən olunmasa da, xəstəliyin simptomları vəbaya bənzəyir.

Yerli həkimlər hesab edir ki, kütləvi yoluxmanın səbəbi əhalinin gigiyena qaydalarına əməl etməməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti