...

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Dünya xəbərləri Materials 22 May 2022 02:15
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Hindistanın şimal-şərqindəki Assam əyalətində bir həftəyə yaxındır yağan leysan yağışları daşqınlara səbəb olub.

Trend-in "NDTV" telekanalına istinadən verdiyi xəbər görə, daşqınlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, 7 nəfər itkin düşüb.

Məlumata əsasən, ümumilikdə Assam əyalətinin 29 dairəsində 700 min sakin təbii fəlakətdən zərər çəkib, 2,2 mindən çox kənd su altında qalıb.

Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri xilasetmə əməliyyatlarında iştirak edir. Bir çox yaşayış məntəqələrinə torpaq yolu ilə getmək mümkün deyil. İnsanlar müvəqqəti düşərgələrə təxliyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti