...

Yunanıstanın baş naziri Mitsotakis mənim üçün artıq yoxdur - Ərdoğan

Dünya xəbərləri Materials 24 May 2022 00:15
Yunanıstanın baş naziri Mitsotakis mənim üçün artıq yoxdur - Ərdoğan

Trend-i buradan izləyin

Bakı. Trend:

Ankara F-16 qırıcılarının Türkiyəyə satışı prosesində ABŞ-ın Afinanın qeyri-konstruktiv mövqeyini nəzərə almadan hərəkət edəcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Nazirlər Kabinetinin iclasından sonra telemüraciətində deyib.

R.T.Ərdoğan əlavə edib ki, Ankara Türkiyə-Yunanıstan Strateji Şurasının iclasını Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin ABŞ rəhbərliyi ilə danışıqlar zamanı Türkiyə əleyhinə bəyanatlarına görə keçirməyəcək.

"Biz Yunanıstanla Strateji Şuranın iclasını keçirəcəkdik. Amma Mitsotakis mənim üçün artıq yoxdur. Onunla görüşdən imtina edirəm", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti