Bakı. Trend:
Finlandiyanın müdafiə naziri Antti Kaykkonen ilin sonuna qədər tərəfdaş ölkələrlə əlavə təlimlər keçirməyi qərara alıb
Trend xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, təlimin əsas məqsədi Finlandiyanın müdafiə qabiliyyətini gücləndirməkdir. Respublika Müdafiə Qüvvələrinin planında səkkiz əlavə təlim nəzərdə tutulub.
"ABŞ, Böyük Britaniya, İsveç, Fransa, Almaniya, Norveç, o cümlədən NATO və Birləşmiş Ekspedisiya Qüvvələr qrupu ilə əməkdaşlıq intensivləşdiriləcək. Təlimlərdə quru qoşunlar, HDQ və HHQ, eləcə də xüsusi təyinatlılar iştirak edəcək", - məlumatda bildirilir.