...

Fransadakı quraqlıq hakimiyyəti su sərfini məhdudlaşdırmağa məcbur edib

Dünya xəbərləri Materials 29 May 2022 06:48 (UTC +04:00)
Fransadakı quraqlıq hakimiyyəti su sərfini məhdudlaşdırmağa məcbur edib

Bakı. Trend:

Fransada rekord istilərə görə yaranan quraqlıq səbəbindən 24 departamentdə şirin sudan istifadə ilə bağlı qərar verilib.

Trend-in məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.

Məlumata əsasən, quraqlıqdan təsirlənən departamentlərdə hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına və bəzi hallarda bağların suvarılmasına qadağa kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən istilərdən zərər çəkən departamentlərin siyahısını dərc edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti