...

Macarıstanda üç qitədə çirkli pulların yuyulmasına görə beş nəfər həbs edilib

Dünya xəbərləri Materials 30 May 2022 22:50 (UTC +04:00)
Macarıstanda üç qitədə çirkli pulların yuyulmasına görə beş nəfər həbs edilib

Bakı. Trend:

Macarıstanın hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və sənəd saxtakarlığı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətinin qarşısını alıb.

Trend-in məlumatına görə, bu barədə Avropoldan xəbər veriblər.

Məlumata əsasən, reyd zamanı 24 evdə axtarış aparılıb, 5 nəfər həbs edilib, daha 16 nəfər isə dindirilmək üçün saxlanılıb. Avstraliyada, Avropa və Cənubi Amerikanın 31 ölkəsində dəbdəbəli avtomobil, külli miqdarda elektron avadanlıq, mobil telefonlar və SİM kartlar, məlumat saxlama cihazları, kredit kartları, silah və sursatlar, zinət əşyaları və müxtəlif valyutalarda 120 min avro məbləğində nağd pul da daxil olmaqla aktivlər müsadirə edilib.

Qrup ən azı 2020-ci ilin sentyabrından qeyri-qanuni fəaliyyətlə məşğul olub və ən azı 44 milyon avronu yuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti