...

Rusiya mərkəzi bankı uçot dərəcəsini növbəti dəfə azaldıb

Dünya xəbərləri Materials 10 İyun 2022 14:58 (UTC +04:00)
Rusiya mərkəzi bankı uçot dərəcəsini növbəti dəfə azaldıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsini 9,5 faiz səviyyəsinədək azaldıb.

Trend-in məlumatına görə, bu barədə bankın bu gün keçirilən iclasında qərar verilib.

Qeyd olunur ki, son dövrlərdə inflyasiya təzyiqinin və qiymətlərin azalması fonunda Rusiya Bankı uçot dərəcəsini 1,5 faiz azaldıb. Bank növbəti iclaslarda da uçot dərəcəsinin azaldılmasının mümkünlüyünü vurğulayıb.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda Rusiya iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

Aprel ayında isə tənzimləyici uçot dərəcəsini iki dəfə - aprelin 11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək, aprelin 29-da 14 faizədək azaltmışdı. Mayın sonunda isə uçot dərəcəsi 11 faizədək azaldılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti