Bakı. Trend:
Şimali Koreyada səkkizinci çağırış Koreya Fəhlə Partiyası (KFP) Mərkəzi Komitəsinin plenumu yeni xarici işlər nazirini, habelə Koreya Xalq Ordusunun Baş Qərargah rəisini təyin edib.
Trend-in məlumatına görə, bu barədə "Nodon sinmun" qəzeti bildirib.
Məlumata əsasən, Xarici İşlər Nazirliyinə Li Son Qvonun yerinə gələcək Çhve Son He rəhbərlik edəcək. Park Çon Çhonun yerinə gələn Ri Te Sop Koreya Xalq Ordusunun Baş Qərargahının rəisi oldu.
Plenumun yekunu olaraq KFP-nin mərkəzi aparatında, müxtəlif komitələrdə və ordu strukturlarında digər dəyişikliklərlə bağlı bir sıra qərarlar qəbul edilib.