...

ABŞ Ukraynaya ayda 1,5 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 14 İyun 2022 04:26 (UTC +04:00)
ABŞ Ukraynaya ayda 1,5 milyard dollar ayırmağa hazır olduğunu açıqlayıb

Bakı. Trend:

ABŞ hakimiyyəti yaxın vaxtda Ukrayna hökumətinin fəaliyyətini dəstəkləmək üçün ayda 1,5 milyard dollar ayırmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan deyib.

Onun sözlərinə görə, Kiyevə yardım baxımından ABŞ “orta və uzunmüddətli perspektivdə düşünməlidir”. Ortamüddətli perspektivdə ABŞ-ın səyləri xüsusilə Ukrayna hökumətinin davamlılığını qorumağa yönəlib: "Biz bunun üçün artıq bir milyard dollar ayırmışıq. Və qarşıdakı 4-5 ay ərzində aylıq daha təxminən 1,5 milyard dollar yardımımız var".

Dövlət Departamenti rəsmisi qeyd edib ki, ümumilikdə, son üç ayda ABŞ Ukraynaya hərbi yardım da daxil olmaqla, yardım üçün təxminən 53,6 milyard dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti