...

Əfqanıstanda zəlzələdən ölənlərin sayı min nəfərə çatıb

Dünya xəbərləri Materials 22 İyun 2022 15:43 (UTC +04:00)
Əfqanıstanda zəlzələdən ölənlərin sayı min nəfərə çatıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı min nəfərə çatıb.

Trend-in məlumatına görə, azı 1,5 min nəfər xəsarət alıb.

Ən çox itki və fəsadlar ölkənin cənub-şərqindəki Paktika və Host əyalətlərində qeydə alınıb.

Qeyd edək ki, ölkənin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.

Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti