...

İranda 10 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 23 İyun 2022 09:54 (UTC +04:00)
İranda 10 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın qərbində yerləşən Kürdüstan vilayətində 10 nəfər vəba xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bunu İranın Kürdüstan vilayəti Tibb Elmləri Universitetinin rektor müavini Fərzam Bidarpur deyib.

Xəstələrin ümumi vəziyyəti qənaətbəxşdir. Analizlərin cavabları bir neçə gün ərzində bəlli olacaq.

F.Bidarpur əlavə edib ki, əhaliyə xam sudan istifadə etməmələri haqda xəbərdarlıq edilib. Həmçinin restoranlarda tərəvəz və göyərtilərin verilməsi qadağan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti