...

Yerli mini PUA BOYGA Türkiyə ordusuna təhvil edilib (VİDEO)

Dünya xəbərləri Materials 23 İyun 2022 16:14 (UTC +04:00)
Yerli mini PUA BOYGA Türkiyə ordusuna təhvil edilib (VİDEO)

Bakı. Trend:

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) şirkəti tərəfindən hazırlanan Dönər Qanadlı pilotsuz uçuş aparatı (PUA) BOYGA bütün sınaq mərhələlərini uğurla tamamlayaraq Türkiyə ordusuna təhvil verilib.

Trend xəbər verir ki, TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir öz "Twitter" hesabında paylaşıb.

“Milli vasitələrlə inkişaf etdirdiyimiz mini BOYGA PUA daşıdığı 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə ataraq məhv edir”, - deyə Demir bildirib.

Qeyd edək ki, BOYGA PUA-sı 1500 metr yüksəkliyə çıxaraq 30 dəqiqəyə yaxın havada qala bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti