Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı) 18 silahlısını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, zərərsizləşdirilən terrorçular "Sülh çeşməsi", "Zeytun budağı" və "Fərat qalxanı" əməliyyatları zonasına hücumlar hazırlayırmışlar.