...

Madriddə Türkiyə, İsveç, Finlandiya və NATO arasında sammit keçiriləcək

Dünya xəbərləri Materials 27 İyun 2022 03:50 (UTC +04:00)
Madriddə Türkiyə, İsveç, Finlandiya və NATO arasında sammit keçiriləcək

Bakı. Trend:

NATO sammitindən əvvəl iyunun 28-də İspaniyanın paytaxtı Madriddə Türkiyə, Finlandiya, İsveç və Şimali Atlantika Alyansı arasında sammit keçiriləcək.

Trend xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Habertürk telekanalının efirində deyib.

"Çərşənbə axşamı NATO baş katibinin xahişi ilə prezidentimizin iştirakı ilə Madriddə Türkiyə, NATO, İsveç və Finlandiyanın sammiti keçiriləcək. Görüş NATO sammitinin açılışından öncə baş tutacaq. Türkiyənin bu sammitdə iştirakı bizim mövqeyimizdən döndüyümüz anlamına gəlmir", - deyə İ.Kalın bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti