...

ABŞ və İspaniya qeyri-qanuni miqrasiya məsələsində əməkdaşlıq edəcəklər

Dünya xəbərləri Materials 28 İyun 2022 23:12 (UTC +04:00)

Bakı, Trend:

ABŞ prezidenti Co Bayden və İspaniyanın baş naziri Pedro Sançes qeyri-qanuni miqrasiya probleminin həlli üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat verib.

С.Bayden və P.Sançes NATO sammitindən əvvəl Madriddə görüşüblər. Həmçinin görüşdən sonra iki ölkənin birgə bəyannaməsi imzalanıb. Sənəddə deyilir ki, İspaniya və ABŞ “Şimali Afrika regionunda qeyri-qanuni miqrasiya çağırışlarına cavab olaraq davamlı əməkdaşlığın vacibliyini” qəbul edir.

Bununla əlaqədar olaraq, iki ölkə qeyri-qanuni miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti