Bakı. Trend:
Sakit okeanda yaranan “Aere” tayfunu Okinavanı keçərək Yaponiyanın cənub-qərbindəki Kyuşu adasına yaxınlaşır.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Meteorologiya Xidməti bildirib.
Məlumata əsasən, hazırda tayfun Şərqi Çin dənizindən keçir və iyulun 5-də Kyuşuya çata bilər. Bundan sonra, proqnoza görə, tayfun şərq istiqamətində keçəcək və Yaponiyanın mərkəzi hissəsinə, o cümlədən Tokioya təsir göstərə bilər.
Tayfunun mərkəzi hissəsində küləyin sürəti 20 m/s, küləyin sürəti 30 m/s-ə çatır.