...

Somali prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 3 İyul 2022 19:41 (UTC +04:00)
Somali prezidenti Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Somali Prezidenti Həsən Şeyx Mahmud 3-5 iyul tarixlərində Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, Somali prezidentinin səfəri onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

Bildirilir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Ankara ilə Moqadişu arasında ikitərəfli münasibətlər bütün aspektlərdə nəzərdən keçiriləcək.

Tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atıla biləcək addımları müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə toxunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti