...

Britaniya Rusiya üzrə sanksiyalar siyahısına daha 6 nəfəri əlavə edib

Dünya xəbərləri Materials 5 İyul 2022 03:28 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya hakimiyyəti Rusiya Federasiyası ilə bağlı sanksiyalar siyahısına daha altı fiziki şəxs və bir xəbər saytını əlavə edib.

Trend xəbər verir ki, bu barədə krallığın Maliyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, sanksiyalar siyahısına KİV ilə əlaqəli Mixail Sinelin, Aelita Mamakova, Yevgeni Qlotov, Yuri Fedin, Darya Dugina və Alyona Çuquleva əlavə ediliblər.

Bundan əlavə, Londonun versiyasına görə, "Rusiyanın xeyrinə dezinformasiya yayan" və Türkiyədə qeydiyyatda olan “United World İnternational” internet saytı da sanksiyalar siyahısına daxil edilib.

Sansksiyalar siyahısına əlavə edilmə aktivlərin dondurulmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti