...

Şolts Almaniyada cari iqtisadi problemləri uzunmüddətli adlandırıb

Dünya xəbərləri Materials 5 İyul 2022 01:24 (UTC +04:00)
Şolts Almaniyada cari iqtisadi problemləri uzunmüddətli adlandırıb

Bakı. Trend:

Almaniyada mövcud iqtisadi problemləri tez bir zamanda həll etmək mümkün olmayacaq.

Trend xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts deyib.

“Bugünkü böhran yaxın bir neçə həftə ərzində bitməyəcək. Biz vəziyyətin yaxın gələcəkdə dəyişməyəcəyinə hazır olmalıyıq. Başqa sözlə, biz tarixi bir problemlə üzləşmişik”, - deyə O.Şolts qeyd edib.

Eyni zamanda, o, mövcud çətinlikləri 1960-1970-ci illərdəki vəziyyət ilə müqayisə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti