...

Ukraynadan taxıl ixracı üzrə danışıqlar davam edir - BMT

Dünya xəbərləri Materials 6 İyul 2022 21:15 (UTC +04:00)

Bakı. Trend:

Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Danışıqlar davam edir <...>. Və təbii ki, gübrə məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir", - deyə S.Cüjarrik bildirib.

Onun sözlərinə görə, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti