Bakı. Trend:
Türkiyənin Bilecik vilayətində leysan yağışları bir nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, hadisə Gölpazarı rayonunda baş verib.
Məlumata əsasən, leysan yağışın yaratdığı sel suları nəticəsində bir evin istinad divarı uçub.
Hadisə nəticəsində evdə yaşayan yaşlı qadın suya düşərək ölüb, daha bir nəfər isə yaralanıb.