Bakı. Trend:
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin adı sentyabrın 5-də, namizədlərin irəli sürülməsi isə iyulun 12-də baş tutacaq.
Trend xəbər verir ki, bunu növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922 Komitəsinin rəhbəri Qrem Breydi deyib.
"Nəticə sentyabrın 5-də elan edilməlidir, bu, parlament yay tətilindən qayıdanda baş verəcək. Ümid edərdim ki, biz hər şeyi tez bir zamanda edəcəyik. Bu həftə səsvermənin ilk iki turu keçiriləcək", - deyə Q.Breydi bildirib.