...

Britaniyada tarixdə ilk dəfə 40 dərəcə isti proqnozlaşdırılıb

Dünya xəbərləri Materials 15 İyul 2022 14:44 (UTC +04:00)
Britaniyada tarixdə ilk dəfə 40 dərəcə isti proqnozlaşdırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyada gələn həftə ərzində tarixdə ilk dəfə 40 dərəcə isti proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə yerli hidrometeorolgiya agentliyinin xəbərdarlığında deyilir.

Qeyd olunur ki, şiddətli istilər paytaxt London və mərkəzi İngiltərə ərazisində gözlənilir. Sakinlərə ehtiyatlı olmaq və istiyə qarşı tədbirlər görmək tövsiyə olunub.

İndiyədək Böyük Britaniya ərazisində istilik rekordu 2019-cu ildə qeydə alınıb. Həmin dövrdə Kembric şəhərində temperatur 38,7 dərəcəyədək yüksəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti