...

Səudiyyə Ərəbistanı "Aston Martin"in səhmlərini satın alacaq

Dünya xəbərləri Materials 15 İyul 2022 20:09 (UTC +04:00)
Səudiyyə Ərəbistanı "Aston Martin"in səhmlərini satın alacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Böyük Britaniyanın "Aston Martin" avtomobil şirkətinin 17,7 faiz səhmlərini satın alacaq.

Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti yazır.

Qeyd olunur ki, britaniyalı şirkət koronavirus pandemiyası ilə əlaqədar avtomobil satışlarının kəskin azalması nəticəsində əhəmiyyətli dərəcədə borclanma ilə üzləşib. "Aston Martin"in bu ilin martına olan vəziyyətə görə borcunun həcmi 1,1 milyard dolları ötüb.

Bununla əlaqədar olaraq şirkət səhmlərinin 16,7 faizini Səudiyyə Ərəbistanının İctimai İnivestisiya Fonduna satmaq qərarı verib. Bu əməliyyatdan şirkət 92 milyon dollar vəsait qazanmağı planlaşdırır.

Bundan başqa, "Aston Martin" əlavə səhmlərin emissiyasını həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti