...

Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 16 İyul 2022 23:39 (UTC +04:00)
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən bildiriblər.

Görüşdə Türkiyə-Fransa münasibətləri və regional məsələlər müzakirə edilib.

Görüş zamanı R.T.Ərdoğan SAMP-T texnologiyası ilə bağlı gözləntilərinin “tam açıqlıq” prinsipi altında maksimum əməkdaşlığı ehtiva edən birgə sistemini inkişaf etdirmək və satınalma layihəsinin başlanmasını təmin etmək olduğunu bildirib.

Türkiyə prezidenti İstanbulda yaradılacaq və Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələrindən ibarət olacaq Koordinasiya Mərkəzindən Ukrayna taxılının ixracı prosesinin idarə olunması ilə bağlı qərarın qəbul edildiyinə işarə edib.

R.T.Ərdoğan əlavə edib ki, bu planın sürətlə həyata keçirilməsi ilə qlobal ərzaq təhlükəsizliyinin vacib probleminin həlli kontekstində uğur əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti