...

Makron ilə Raisi İranla nüvə sazişi ətrafında vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 24 İyul 2022 02:56 (UTC +04:00)
Makron ilə Raisi İranla nüvə sazişi ətrafında vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisi ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ətrafında vəziyyəti və regiondakı vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Yelisey sarayında iki siyasətçi arasında telefon danışığından sonra bildiriblər.

"Prezident Makron Fransanın regionun təhlükəsizliyi və sabitliyinə sadiqliyini xatırladıb və gərginliyin azaldılması lehinə səylərini davam etdirmək arzusunu ifadə edib”, - deyə prezident administrasiyasında qeyd ediblər.

Fransa prezident administrasiyası vurğulayıb ki, 2015-ci il nüvə sazişi məsələsində Emmanuel Makron əminliyini təsdiqləyib ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərarın qəbul edilməsi hələ də mümkündür, lakin bu mümkün qədər tez edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti