...

Yunanıstanda yanğınsöndürənlər 53 meşə yanğını ilə mübarizə aparır

Dünya xəbərləri Materials 24 İyul 2022 05:10 (UTC +04:00)
Yunanıstanda yanğınsöndürənlər 53 meşə yanğını ilə mübarizə aparır

Bakı. Trend:

Yunanıstan yanğınsöndürənləri ölkə boyu 53 meşə yanğını ilə mübarizə aparıblar. Əsas yanğın ocaqları Evros bölgəsində və Lesbos adasındadır.

Trend-in məlumatına görə, bu barədə "Kathimerini" qəzeti Yanğın xidmətinə istinadən bildirib.

Məlumata əsasən, şənbə günündən bəri bütün ölkəni bürüyən istilər meşələrə və vətəndaşların əmlakına böyük ziyan vuran çoxsaylı yanğınların yaranmasına səbəb olub:

"Son 24 saat ərzində 53 meşə yanğını baş verib. Əsas yanğın ocaqları hazırda Evros bölgəsindəki Dadia Milli Parkında, Lesbosdakı Vatera çimərliyində, Peloponnes yarımadasında Messiniya bölgəsindəki Akritohori ərazisində və ölkənin şimalındakı Qrevena bölgəsində yerləşir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti