...

Ukrayna taxılının tez bir zamanda təhlükəsiz daşınmasına başlamaq üçün intensiv iş gedir - Türkiyə Milli Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 24 İyul 2022 20:12 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda yaradılan Koordinasiya Mərkəzində Ukrayna taxılının dünya ölkələrinə təhlükəsiz şəkildə çatdırılması üçün gücləndirilmiş iş aparılır.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

"Ukrayna limanlarında gözləyən taxılın dünya ölkələrinə təhlükəsiz çatdırılması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzində gücləndirilmiş rejimdə çalışırıq.

Taxılla yüklənmiş ilk gəminin mümkün qədər tez Ukrayna limanını tərk etməsi üçün rəsmilər arasında koordinasiya davam edir", - deyə açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti