...

Baham adaları yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 17 nəfər ölüb

Dünya xəbərləri Materials 25 İyul 2022 04:57 (UTC +04:00)
Baham adaları yaxınlığında miqrant qayığı qəzaya uğrayıb, 17 nəfər ölüb

Bakı. Trend:

Baham adaları yaxınlığında miqrant qayığının aşması nəticəsində ən azı 17 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, xilasedicilər bir körpə də daxil olmaqla 17 nəfərin cəsədini aşkar ediblər. Baham adalarının baş naziri Filip Devis mətbuat konfransında bildirib ki, daha 25 nəfər xilas edilib.

Siyasətçinin sözlərinə görə, haitili miqrantların olduğu qayığın dalğalı dənizlər səbəbindən aşdığı ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti