Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdikləri "Sülh bulağı", "Zeytun budağı" və "Fərat qalxanı" antiterror əməliyyatları çərçivəsində 15 terrorçu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunub ki, zərərsizləşdirilənlərdən iki nəfəri PKK terror təşkilatının yüksək səviyyəli nümayəndələri olub.
Suriyanın şimalında antiterror əməliyyatlarının davam etdirildiyi bildirilib.