...

Cənubi Koreyada sutkada 100 mindən çox insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 27 İyul 2022 08:41 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyada son üç ayda ilk dəfə olaraq COVID-19-a yoluxanların sayı 100 mini keçib.

Trend-in məlumatına görə, bu barədə "Renhap" agentliyi xəbər verib.

Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyindən bildirilib ki, son sutka ərzində ölkədə 100 285 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb.

Bu, aprelin 20-dən bəri ən yüksək COVID-19-a yoluxma hadisəsidir. Həmin vaxtda sutkada 111 291 yeni xəstəliyə yoluxma halı qeydə alınıb.

Cənubi Koreyada halların sayının artması "omikron" ştammının BA.5 subvariantının yayılması ilə əladəndirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti