...

Meksikada fabrikdə partlayış olub

Dünya xəbərləri Materials 28 İyul 2022 08:17 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın mərkəzindəki Puebla ştatında tibbi avadanlıqlar istehsalı üzrə fabrikdə güclü partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə regional xilasetmə xidmətinin "Twitter" səhifəsində bildirilib.

Məlumata əsasən, partlayış nəticəsində fabrikin 1 işçisi həlak olub, daha 12 işçi isə xəsarət alıb.

"San-Fransisko-Totimeuakan rayonundakı fabrikdə baş verən partlayışdan sonra yekun hesablamaya görə, 12 nəfər yaralanıb, 1 nəfər ölüb. Təcili xidmətlər dağıntıları təmizləməyə davam edir", - deyə paylaşımda deyilir.

Partlayış səbəbi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti