Bakı. Trend:
Qazaxıstanda son sutka ərzində koronavirusa 3 107 yoluxma halı qeydə alınıb.
Trend xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 347 467 nəfərə çatıb.
Eyni zamanda, ötən sutka koronavirusdan 2 012 nəfər sağalıb, sağalanların ümumi sayı 1 308 626 nəfər təşkil edir.