...

Rusiya Xarici İşlər Nazirliyi neft anbarında baş vermiş yanğınla bağlı Kubaya kömək etməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 8 Avqust 2022 00:44 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyi neft anbarında baş vermiş yanğınla bağlı Kubaya kömək etməyə hazır olduğunu bildirib

Bakı. Trend:

Moskva Kubanın Matanzas əyalətində baş vermiş güclü yanğından sonra beynəlxalq yardım tələb edən Havanaya kömək etməyə hazırdır,

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Avqustun 5-də Kubanın Matanzas əyalətində təxminən 25 min kubmetr neft olan neft anbarının günbəzində ildırım vurması nəticəsində güclü yanğın baş verib.

Yanğınsöndürmə briqadalarının fədakar əməyinə baxmayaraq, alov qonşu tanka keçib. Kuba Hərbi Hava Qüvvələrinin bölmələri işə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti