Bakı. Trend:
Avropa Rusiyanın mayeləşdirilmiş təbii qazını (LNG) əvəz edəcək vasitə axtarır və nəticədə üçüncü dünya ölkələri qazsız qoyur.
Trend bu barədə Almaniyanın "Handelsblatt" qəzetinə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, avropalılar LNG bazarlarında rəqabət və üçüncü dünya ölkələrində qaz problemi yaradır.
Qeyd olunur ki, inkişaf etməkdə olan ölkələrin enerji şirkətləri artıq dünya qiymətləri ilə qaz ala bilmirlər.
Shell neft-qaz şirkətinin vitse-prezidenti Stiv Hill Asiyada qaz vəziyyətini kritik adlandırıb.