...

Bolqarıstanda təyyarə sərt eniş edib, xəsarət alan var

Dünya xəbərləri Materials 8 Avqust 2022 23:38 (UTC +04:00)
Bolqarıstanda təyyarə sərt eniş edib, xəsarət alan var

Trend-i buradan izləyin

Bakı. Trend:

Bolqarıstanda, ölkənin Qara dəniz sahilinin cənubunda yüngülmühərrikli təyyarə qəza enişi edib.

Trend xəbər verir ki, bu barədə Burqas şəhərinin polis idarəsindən bildirilib.

"Yüngülmühərrikli təyyarənin göyərtəsində bir nəfər - Pleven şəhərindən olan 55 yaşlı təcrübəli pilot olub. Pilot mühərrikdən yağ sızması aşkar edib və təcili eniş etmək qərarına gəlib", - deyə polis idarəsindən bildirilib.

Məlumata əsasən, qəza enişi zamanı pilot xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti