Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda respublikada koronavirus üzərində qələbəni elan edib.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"O, yeni koronavirusun məhv edilməsi üzrə son dərəcə təcili anti-epidemiya kampaniyasında qələbə qazanıldığını təntənəli şəkildə elan edib", - deyə Agentlik bildirib.