Bakı. Trend:
BMT ölkələrin öz viza siyasəti hüququnu qeyd edir, ayrı-seçkiliyə qarşıdır, lakin Estoniyanın respublika tərəfindən verilmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə girişini bağlamaq barədə konkret qərarını şərh etmir.
Trend xəbər verir ki, bunu cümə axşamı brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
“Ölkələrin öz viza siyasətini həyata keçirmək hüququ var" - deyə S.Düjarrik bildirib.