...

ABŞ-da ev qiymətləri ikinci rübdə 14,2% artıb

Dünya xəbərləri Materials 13 Avqust 2022 04:55 (UTC +04:00)
ABŞ-da ev qiymətləri ikinci rübdə 14,2% artıb

Bakı. Trend:

2022-ci ilin ikinci rübündə ABŞ-ın 185 ən böyük şəhər aqlomerasiyasında yaşayış üçün nəzərdə tutulmuş daşınmaz əmlakının orta qiyməti 14,2% artaraq 413,5 min dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyasından bildirilib.

Ev qiymətləri 184 aqlomerasiyada artıb və yalnız Nyu Cersi ştatının Trenton şəhərində ucuzlaşıb. Regionların 80%-də qiymətlər 10%-dən çox artıb, birinci rübdə isə şəhərlərin 70%-də ikirəqəmli artım qeydə alınıb.

"Ev qiymətlərindəki artım, xüsusilə aşağı və orta gəlirli amerikalılar üçün əmək haqqı artımı sürətini xeyli üstələyib", - deyə Assosiyasının baş iqtisadçısı Lourens Yun deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti