...

Ötən həftə koronavirusa yoluxma hallarının sayı 24 faiz azalıb - ÜST

Dünya xəbərləri Materials 18 Avqust 2022 06:02 (UTC +04:00)
Ötən həftə koronavirusa yoluxma hallarının sayı 24 faiz azalıb - ÜST

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 5,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 6 faiz azalıb.

"Avqustun 8-dən 14-dək koronavirusa 5 460 641 nəfər yoluxub, 15 072 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb", - deyə bülletendə bildirilir.

Qeyd edək ki, avqustun 17-si üçün koronavirusa yoluxanların sayı 589 680 368 nəfərə, ölənlərin sayı isə 6 436 519 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti