...

Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - BMT-nin baş katibi

Dünya xəbərləri Materials 22 Avqust 2022 23:31 (UTC +04:00)
Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - BMT-nin baş katibi

Bakı. Trend:

Nüvə münaqişəsi riski indi onilliklər ərzində ən yüksək həddə çatıb.

Trend xəbər verir ki, bunu BMT-ni baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

"Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər. Bu ölkələr nüvə silahı olmayan dövlətləri onlara qarşı nüvə silahından istifadə etməyəcəklərinə və ya istifadə etməklə hədələməyəcəklərinə əmin etməli və şəffaf olmalıdırlar", - deyə A.Quterreş bildirib.

Onun sözlərinə görə, bütün ölkələrin nüvə silahlarından azad bir dünyaya sadiqliklərini bir daha təsdiqləmələri və gərginliyi azaltmaq və nüvə silahı yarışına birdəfəlik son qoymaq üçün danışıqlar baxımından səylərini əsirgəməmələri vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti