...

Vuçiç 48 saat ərzində Serbiyanın yeni baş nazirinin adını açıqlayacaq

Dünya xəbərləri Materials 25 Avqust 2022 05:49 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandar Vuçiç 48 saat ərzində yeni baş nazirin adını açıqlayacaq.

Trend xəbər verir ki, bu barədə A.Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının Rəyasət Heyətinin iclasından sonra deyib.

"Konstitusiyaya əsasən, mən öz təklifimi 48 saat ərzində - cümə gecəsi və ya şənbə gününün səhəri elan edəcəyəm", - deyə Serbiya prezidenti bildirib.

O qeyd edib ki, Rəyasət Heyəti baş nazir postuna iki namizədi - əvvəlki baş nazir Ana Brnabiç və Novi-Sad şəhərinin meri Miloş Vuçeviçi müzakirə edib. Onun sözlərinə görə, partiyanın Rəyasət Heyəti yeni baş naziri səsvermə yolu ilə seçməkdən imtina edərək, prezidentin konstitusiyada nəzərdə tutulduğu kimi yeni hökumət başçısını seçməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti