Bakı. Trend:
Meksikanın Sinaloa ştatının paytaxtı Kulyakan şəhərində yaşayış binasının emalatxanasında xlor sızması baş verib.
Trend-in məlumatına görə, bu barədə "Azteca" telekanalı xəbər verib.
Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, daha 29 nəfər qazdan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Xilasedicilər sızma yerinin yaxınlığında yerləşən ticarət mərkəzindən 700-ə yaxın insanı, həmçinin qonşu ərazilərin 350-yə yaxın sakinini təxliyə ediblər.
Hadisənin səbəbi hələlik məlum deyil.