Kolumbiyada partlayış nəticəsində 8 polis həlak olub.
Trend xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro “Twitter“ səhifəsində məlumat yayıb.
Hadisə San Luis şəhərində polis maşınının yoluna partlayıcı qurğunun qoyulması nəticəsində baş verib.
“Mən San Luis şəhərində səkkiz polisin ölümü ilə nəticələnən bombalı hücumu qətiyyətlə pisləyirəm", - deyə Petro qeyd edib.
Kolumbiya prezidenti hadisəni ölkədə sabitliyə açıq-aşkar təxribat adlandırıb.