Bakı. Trend:
Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb.
Trend xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah Rəhbərləri Komitəsinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
"Şimali Koreya Şərq dənizi istiqamətində naməlum ballistik raket buraxıb", - deyə Qərargah Rəhbərləri Komitəsindən bildirilib.
Hazırda raketin uçuş məsafəsi, hündürlüyü və sürətinin təhlili aparılır.