...

Türkiyədə polis yataqxanasına silahlı hücum olub, ölən və yaralanan var (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 06:02 (UTC +04:00)
Türkiyədə polis yataqxanasına silahlı hücum olub, ölən və yaralanan var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Türkiyənin Mersin şəhərində iki qadın terrorçunun polis yataqxanasına hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 1-i isə yaralanıb.

Trend xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, hucum edən terrorçu qadınlar polislər atışmada yaralanıb, daha sonra isə özlərini üzərlərində olan partlayıcı ilə partladıblar.

Nazir qeyd edib ki, hücumun arxasında duran bütün şəxslər müəyyən ediləcək və cəzaları veriləcək.

XXX

01:48

Türkiyənin Mersin şəhərində naməlum silahlı şəxslər polis yataqxanasına hücum ediblər.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum silahlıların polis yataqxanasını atəşə tutması nəticəsində 2 polis əməkdaşı yaralanıb.

Məlumata əsasən, polislər silahlılara cavab atəşi açıblar, silahlılar hadisə yerindən qaçıblar.

Hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları cəlb edilib.

Silahlıların saxlanılması üçün əməliyyat keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti